Orduya QHT yaratmaq və siyasi fəaliyyət qadağan edildi

Siyavuş Novruzov: ”Bəzi partiyalar öz aralarında pulların mənimsənildiyi barədə mübarizə aparır”

Milli Məclis
Milli Məclis


Siyavuş Novruzov: ”Bəzi partiyalar öz aralarında pulların mənimsənildiyi barədə mübarizə aparır”


“Kimlərin siyasi partiya üzvü ola bilməsi barədə maddənin müəyən hissələrində qeyri-müəyyənlik var. Tutaq ki, maliyyə orqanlarının nümayəndələri siyasi partiya üzvü oldu, burada nə problem ola bilər? Məgər maliyyə orqanı, vergi, gömrük təhlükəsizlik orqanıdır?”

İyunun 12-də keçirilmiş Milli Məclisin növbədənkənar sessiyasında “Siyasi Partiyalar Haqqında” Qanuna dəyişikliklər müzakirə olunub. Bu sözləri də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O, qanunun bəzi müddəalarında geniş dəyişiklik edilməsi vaxtının çatdığını söyləyib.

“Qanunun 8-ci maddəsində (siyasi partiyada üzvlük) qeyri-müəyyənlik var. Hakimiyyətin formalaşması seçkilər yolu ilə həyata keçirilir. Bu partiya nümayəndəsinin dövlət mətbuat orqanına rəhbərlik etməsində qəbahət var? Yaxud, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri ilə bağlı müddəa var. Mərkəzi Bankın İdarə Heyətinin üzvləri partiya üzvü olsa, məgər onlar gedib həmin partiyaya pul verəcəklər? Onda pensiya fonduna da hüquq mühafizə orqanı statusu verməliyik?”

S.Novruzov deyib ki, bu məsələ ilə bağlı hazırladığı qanun layihəsini Milli Məclisin payız sessiyasında təqdim edəcək.

Qanunun 8-ci maddəsinə əsasən, bütün səlahiyyət müddətində Azərbaycan Respublikası prezidenti, məhkəmə sədrləri, sədr müavinləri və hakimləri, hərbi qulluqçular, köməkçi-texniki heyət istisna olmaqla prokurorluq, ədliyyə, daxili işlər, milli təhlükəsizlik, sərhəd mühafizə, gömrük, maliyyə, vergi orqanlarının, dövlət mətbuatı orqanlarının işçiləri, Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin rəhbərliyi və yaradıcı heyəti, din xadimləri siyasi partiya üzvü ola bilməzlər.

Komitə sədri siyasi partiyaların maliyyə hesabatı ilə bağlı problemlərinə də toxunub:

“Müəyyən siyasi partiyalar var ki, maliyyə dövriyyələri barədə hesabat vermir. Burada qeyri-şəffaflıq ortaya çıxır. Görürsünüz ki, bəzi partiyalarda öz aralarında pulların mənimsənildiyi barədə mübarizə aparırlar. Ona görə də hər partiya maliyyə hesabatını təqdim etməlidir”.

İclasda “Siyasi partiyalar haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun layihəsində edilən dəyişikliklərə əsasən, Azərbaycan Silahlı Qüvvələrində qeyri-hökumət təşkilatlarının və siyasi partiyaların yaradılması və fəaliyyəti qadağan edilir.

Ana səhifəXəbərlərOrduya QHT yaratmaq və siyasi fəaliyyət qadağan edildi