Yeni başçı Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri işləyib
Rəcəb Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad rayon icra hakimiyyətinin başçısı təyin edilib.
Bu barədə avqustun 5-də dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb.
Martın 17-də Ordubad rayon icra hakimiyyətinin başçısı olan Elşad Məmmədov vəzifəsindən azad olunmuşdu.
O, 2013-cü ildən həmin vəzifədə çalışırdı.
Yeni icra başçısı Rəcəb Rəhimli Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri işləyib.
Rəcəb Rəhimli siyasi elmlər üzrə fəlsəfə doktorudur.