“SOCAR-ın 50 min nəfər ilə neft hasil etməsi düzgün deyil, yeni texnologiyalar tətbiq edilərək xərclər aşağı salınmalıdır”
Azərbaycan üçün neftin qiymətində “qırmızı xətt” 40 dollardır.
“Marja” xəbər verir ki, bunu İqtisadçı Oktay Haqverdiyev deyib.
İqtisadçı qeyd edib ki, qeyri-neft sektorunun inkişafı üçün yeni proqramlar qəbul edilməlidir. İndiki proqramlar Sovet dövründəki proqramlara oxşardır.
Onun sözlərinə görə, neftin maya dəyəri də aşağı salınmalıdır. SOCAR-ın 50 min nəfər ilə neft hasil etməsi düzgün deyil. Yeni texnologiyalar tətbiq edilərək xərclər aşağı salınmalıdır.
Dünən axşam saatlarında Brent neftinin barelinin qiyməti 39,85 dolları görüb.