Oqtay Gülalıyev

Mənbə: Foto: Meydan tv

Başlıq: Oqtay Gülalıyev

Oqtay Gülalıyevin yenidən əməliyyata götürüldüyü bildirilir

Xanımı: "Həkimlər heç bir proqnoz vermir, nə müsbət, nə də mənfi. Oqtay hələ də komadadır"

Noyabrın 20-də səhər saatlarında İstanbulun "Amerika Xəstəxanası"nda Oqtay Gülalıyevin növbəti neyrocərrahi əməliyyatı başlayıb.

Məlumatı “Turan” İA-a Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva verib.

F.Gülalıyeva deyib ki, həkimlər əməliyyat barədə ona heç bir izahat verməyiblər:

"Həkimlər heç bir proqnoz vermir, nə müsbət, nə də mənfi. Oqtay hələ də komadadır".

Hüquq müdafiəçi Oqtay Gülalıyevi oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. Yaxınları və həmkarları hadisənin qəsdən törədildiyini düşünürlər. Hesab edirlər ki, əməliyyat gec həyata keçirildiyindən vəziyyəti daha da ağırlaşıb.

Hadisədən üç gün sonra Heydər Əliyev Fondu O.Gülalıyevin müalicəsini öz üzərinə götürüb, onu İstanbulun "Avrasiya" klinikasına göndərib. Amma bu klinikada müalicə səmərəsiz olub və həyat yoldaşının xahişi ilə noyabrın 19-da Gülalıyev "Amerika Xəstəxanası"na köçürülüb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/x628vt

Ən çox baxılan