Oqtay Gülalıyevin vəziyyətinin kritik olduğu bildirilir

DİN hüquq müdafiəçisinin vurulma anının görüntülərini yayıb

Source: Meydan TV


DİN hüquq müdafiəçisinin vurulma anının görüntülərini yayıb

Oktyabrın 29-da piyada zolağının üstündə avtomobil tərəfindən vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyətinin kritik olduğu bildirilir. Yaxınlarının yaydığı məlumata görə, hüquq müdafiəçisi hazırda əməliyyatdadır. Oğlu Əli Güləliyevin bildirdiyinə görə, həkimlər atasının beynində qanın həcminin artdığını deyiblər:

“Gözlərindən birində bərəlmə var. Süni nəfəs verirlər”.

Qəza törədən “Hundai” markalı avtomobilin sürücüsü Oqtay Gülalıyevi 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə (Semaşko kimi tanınır-red.) çatdırsa da, yaxınlarının sözlərinə görə, ona lazımi yardım göstərilməyib. Ona görə də hüquq müdafiəçisi “City Hospital”a aparılıb.

Səhiyyə Nazirliyindən “Modern.az”-a verilən məlumata görə, həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar:

“Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan “City Hospital”a köçürüblər. Güləliyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır”.

Daxili İşlər Nazirliyi Oqtay Gülalıyevin vurulma anının görüntülərini yayıb. Qurumun məlumatında bildirilir ki, hadisəni törədən sürücünün izahatı alınıb, faktla bağlı cinayət işi açılıb.

Ana səhifəXəbərlərOqtay Gülalıyevin vəziyyətinin kritik olduğu bildirilir