Oqtay Gülalıyev və övladları Bakı Baş Polis İdarəsində izahat veriblər

“Mənə bir şey də aydın deyil ki, nə vaxtdan BŞBPİ məktəblilərin dalaşması işi ilə belə mütamadi məşğul olur”

Source:


“Mənə bir şey də aydın deyil ki, nə vaxtdan BŞBPİ məktəblilərin dalaşması işi ilə belə mütamadi məşğul olur”

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının təmsilçisi Oqtay Gülalıyev və ovladları Əli və Təbriz Bakı Şəhər Baş Polis İdarəsində izahat veriblər. Oqtay Gülalıyevin oğlu Əli Gülalıyev haqqında məhkəmə şərti cəza hökmü çıxartsa da, paytaxt polisinin onu və iki oğlunu idarəyə çağırması narazılıq yaradıb.

Oqtay Gülalıyev bu barədə Facebook səhifəsində yazıb. Onun bildirdiyinə görə, idarənin Ağır Cinayətlərə dair şöbəsində 3 saata yaxın izahat veriblər: “Çağrılmağımıza səbəb kimi təxminən 1 il öncə tanımadığım iki az yaşlı məktəblinin dalaşmasından dolayı verilən şikayət göstərilir. O şikayət ki, onun övladlarıma və mənə aidiyyatı yoxdur. Hətta bildirildi ki, həmin şikayətlə bağlı məhkəmə də olub və məhkəmənin də qanuni qüvvəyə minmiş hökmü var. Tərəflər barışıb və məsələ həll olunub. Elə isə məni və bizi niyə “qorotdel”- lə çağrılıblar, bu, mənə aydın deyil”.

“Mənə bir şey də aydın deyil ki, nə vaxtdan BŞBPİ məktəblilərin dalaşması işi ilə belə mütamadi məşğul olur və nə vaxta qədər hər vəchlə bizi belə işlərə bağlamağa çalışacaqlar? Amma mənə bir şey bir daha aydın oldu ki, bu hökümət şəxsimə aid nə varsa çox ciddi şəkildə araşdırır. Hələ ki, “tapdığı” belə saxta və qondarma “şikayət məktubları”-dır…”,-deyə Oqtay Gülalıyev bildirib.

Ana səhifəXəbərlərOqtay Gülalıyev və övladları Bakı Baş Polis İdarəsində izahat veriblər