Oqtay Gülalıyev saxlanılıb (yenilənib)

ASAN Xidmətdən bildiriblər ki, onun barəsində Sabirabad rayon polisi tərəfindən axtarış elan olunub və bu barədə yerli polisə məlumat verilib

Source:
Oktay Gülalıyev
Oktay Gülalıyev
Oktay Gülalıyev
Oktay Gülalıyev


ASAN Xidmətdən  bildiriblər ki, onun barəsində Sabirabad rayon polisi tərəfindən axtarış elan olunub və bu barədə yerli polisə məlumat verilib


Oqtay Gülalıyev bugün qarşılaşdığı durumla bağlı Facebook səhifəsində yazıb ki,  xarici pasport almaq üçün ASAN xidmətə gedib: “Sənədimi təqdim edən kimi polislər mənə yaxınlaşaraq axtarışda olduğumu bildirib (!?) onlarla birgə 37- ci polis bölməsinə getməyimi istədilər. Bölməyə gəldik. Araşdırma başlandı. Məlum oldu ki, Sabirabad RPŞ- də 2012- ci ilin aprel ayında mənimlə bağlı açılan cinayət işinə görə ölkədən çıxışıma dair qoyulan qadağa qüvvədədir. Cinayət təqibi formal da olsa davam edir. Yaxın günlərdə Sabirabad RPŞ- də olmağıma dair izahata qol çəkdikdən sonra sərbəst buraxıldım. Boş yerə 2 saatdan artıq vaxtımı aldılar.



Bir daha aydın oldu ki, bu hökümət mənimlə bağlı açılan qondarma cinayət işinə xitam vermək, xarici pasport almaq hüququmu tanıyıb məni ölkədən buraxmaq istəmir. Bu günki hadisə həm də onu göstərdi ki, vətəndaş cəmiyyətinin problemlərinin həlli, QHT rəhbərləri haqqında açılan cinayət işlərinə son verilməsi, onların ölkədən çıxışına qoyulan qadağaların götürülməsinə dair deyilənlər reallıqdan uzaqdır. Şəxsimlə bağlı bu istiqamətdə məlumatları dövriyəyə buraxanlar isə imitasiya və dezinformasiya ilə məşğul olublar.


Təbii ki, bu qanunsuzluqlara qarşı mübarizəmizi hüquqi müstəvidə davam etdirəcəyik”.

“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev xarici pasport almaq üçün “ASAN” xidmətə müraciət etdikdən sonra iyunun 23-də günün ikinci yarısında 37-ci polis bölməsinə aparılıb. Bu barədə məlumatı “Turan” İnformasiya Agentliyi yayıb.

Məlumata görə, ASAN-da Gülalıyevə bildiriblər ki, onun barəsində Sabirabad rayon polisi tərəfindən axtarış elan olunub və bu barədə yerli polisə məlumat verilib.

Gülalıyev barəsində axtarış 2012-ci il aprelin 8-də onun həbsindən sonra hakimiyyət orqanlarına tabe olmamağa və kütləvi iğtişaşlara təhrik etmə ittihamı (AR CM-in 220.2-ci maddəsi) üzrə açılmış işlə bağlı elan edilib. Agentliyin məlumatına görə, iş Sabirabad rayon İcra Hakimiyyətinin və paytaxtda korrupsiyaya uğramış yüksək vəzifəli məmurların təşəbbüsü ilə bu rayonun polisində saxtalaşdırılıb. Amma Prezident Administrasiyasının müdaxiləsindən sonra o, elə həmin il iyunun 13-də Sabirabad rayon məhkəməsinin qərarı ilə azad edilib.

Həbs edildiyi zaman Gülalıyev Kürətrafı 8 rayonun daşqından ziyan çəkmiş sakinlərinin hüquqlarının müdafiəsi ilə məşğul olan “Kür” Vətəndaş Cəmiyyəti qərargahının koordinatoru idi.

Qərargah Fövqəladə Hallar Nazirliyinin nəzarəti altında daşqının nəticələrinin aradan qaldırılması zamanı mənimsəmə və məmurların yüz milyonlarla dollardan sui-istifadəsi faktlarını aşkar edib. Buna görə qərargah üzvləri təqib olunub, bir sıra şəxslər həbs olunub və sonradan azad edilib.

Amma qərargahın korrupsiya, sui-istifadə və daşqının süni xarakterli olması ilə bağlı yüksək dövlət instansiyalarına bütün rəsmi müraciətləri lazımi qaydada araşdırılmayıb və nəticə çıxarılmayıb, Gülalıyevin işi isə qanunazidd olaraq indiyədək bağlanmayıb. 2012-ci il iyunun 13-də məhkəmədə Gülalıyevə böhtan atanlar ona qarşı yalançı şahidlik etdiklərini etiraf ediblər.

2012-2016-cı illər ərzində müxtəlif vaxtlarda Gülalıyevin oğulları soyuq silahdan istifadə ilə fiziki zorakılığa, habelə polis təzyiqinə məruz qalıblar.

Ana səhifəXəbərlərOqtay Gülalıyev saxlanılıb (yenilənib)