Oqtay Gülalıyev: Mehman Qələndərovun qanını batırmaq istəyirlər

“Gün gələcək hər birinizdən hesab sorulacaq”

Source:
Mehman Qələndərov
Mehman Qələndərov


“Gün gələcək hər birinizdən hesab sorulacaq”

“Baş Prokurorluq iddia edir ki, 2017-ci ilin aprel ayında Bakı İstintaq Təcridxanasında həyatına müəmmalı şəkildə son qoyulmuş siyasi məhbus, blogger Mehman Qelenderovla bağlı cinayət işinin icraatına cinayət hadisəsi olmadığına görə xitam verilib”.

Meydan TV xəbər verir ki, bunu Facebook səhifəsində hüquq müdafiəçisi Oqtay Gülalıyev

yazıb.

O, vurğulayıb ki, “təsəvvür edirsinizmi Heydər Əliyevin heykəli önündə tək başına aksiya keçirdiyinə görə insanı narkotika ittihamı ilə şərləyib həbs edirlər, ağır işgəncələr verirlər, “sən həbsxanadan salamat çıxmayacaqsan” deyə xəbərdarlıq və təhdid edirlər, sonra həyatına son qoyurlar”.

O.Gülalıyev xatırladıb ki, M.Qələndərovun nəşini yaxınlarına verməyib gizlicə dəfn ediblər.

“Sonra da deyirlər ki, adamın ölümündə cinayət hadisəsi olmadığına görə görə cinayət işinə xitam verilir. Bir nəfərimizin də qanını belə batırmaq istəyirlər. Amma batmayacaq. Gün gələcək həyatını qaraltdığınız, ömrünə son verdiyiniz Mehmanlarla, Elmarlarla, Rasimlərlə bağlı sizlərin hər birindən hesab sorulacaq. Etdiyiniz cinayətlərə görə. Mən buna adım kimi əminəm!”

Həbsdə olan siyasi fəal Mehman Qələndərovun Kürdəxanı İstintaq Təcridxanasında aprelin 28-də saxlandığı kamerada müəmmalı şəkildə intihar edib.

Mehman Qələndərov bloger fəaliyyəti ilə məşğul olub. 2016-cı ildə Konstitusiyaya edilən dəyişikliyə etiraz əlaməti olaraq Tbilisidə Azərbaycan səfirliyi önündə keçirilən “Biz kral istəmirik!” aksiyasının təşkilatçılarından və iştirakçılarından biri olub. Eyni zamanda o heykəl önünə gedərək, “heykəl məhbusları” Qiyas İbrahimov və Bayram Məmmədova azadlıq tələb edib. Tbilisidən Bakıya qayıtdıqdan sonra 7 fevral 2017-ci ildə narkotika ittihamı ilə həbs

olunub.

Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupunun Mehman Qələndərovla bağlı bəyanatında deyilir ki, “müəmmalı ölümündən xeyli müddət keçməsinə, həm ölkə ictimaiyyəti, həm də beynəlxalq qurumlar, o cümlədən ABŞ Dövlət Departamenti və Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi tərəfindən ölüm faktının səbəblərinin obyektiv araşdırılması haqda çağırışlara baxmayaraq, hökumət bu istiqamətdə yetərli addımlar atmayıb”.

Ana səhifəXəbərlərOqtay Gülalıyev: Mehman Qələndərovun qanını batırmaq istəyirlər