Oqtay Əsədov Strasburq dəstəkləməsinin səbəblərini açıqlayıb

“Bu o demək deyil ki, biz Ukraynaya qarşı mənfi mövqe tuturuq. Biz bütün münasibətlərdə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik”

Source:


“Bu o demək deyil ki, biz Ukraynaya qarşı mənfi mövqe tuturuq. Biz bütün münasibətlərdə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik”

Fevralın 2-də Milli Məclisin spikeri Oqtay Əsədov AŞPA sessiyasında Azərbaycan nümayəndə heyətinin Krımın anneksiyası və Donbas separatçılarına dəstəklə əlaqədar rusiyalı deputatların səlahiyyətlərinin dayandırılmasının əleyhinə səs verməsini şərh edib.

“Biz bu sanksiyalara qoşulmuruq, biz bunun əleyhinəyik”, – O.Əsədov vurğulayıb. Onun sözlərinə görə, bununla da Azərbaycanın “işğalçını dəstəkləməsi” barədə fikirlər əsassızdır.

“Qətiyyən belə deyil. Biz sadəcə, sanksiya əvəzinə dialoqa tərəfdarıq. Həmin Avropa Dağlıq Qarabağ məsələsində ermənilərə qarşı sanksiya əvəzinə bizə dialoq təklif edir. Biz də onlara həmin variantı təklif edirik.

“Bu o demək deyil ki, biz Ukraynaya qarşı mənfi mövqe tuturuq. Biz bütün münasibətlərdə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik”, – O.Əsədov qeyd edib.

Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycan nümayəndə heyətinin hərəkətini yüksək qiymətləndirib.

AŞPA ötən həftə sessiyada Rusiya nümayəndə heyətinə qarşı sanksiyanı 2015-ci ilin aprelinədək uzadıb. Buna cavab olaraq  Rusiya bir il müddətinə AŞPA-nın işində iştirakdan imtina edib.

Ana səhifəXəbərlərOqtay Əsədov Strasburq dəstəkləməsinin səbəblərini açıqlayıb