Oqtay Əsədov deputatlara: Telefonda qurdalanmağı yığışdırın

Spiker deputatları mobil telefonlara görə tənqid edib

Source:


Spiker deputatları mobil telefonlara görə tənqid edib

Milli Məclisin sədri Oqtay Əsədov iclas zamanı mobil telefona başları qarışan deputatları tənqid edib.

Parlamentin plenar iclasında spiker dəfələrlə bu məsələni qaldırmaq istədyini, lakin son anda özünü saxladığını deyib.

“Bəsdirin! Telefonları gətirirsiniz iclasa, dinmirik. Heç olmasa, iclas zamanı zəngləri, telefonda qurdalanmağı yığışdırın! Diqqətiniz iclasda olsun!”.

O, deputatları hörmətə çağırıb: “Belə olmaz axı! Dəqiqədə bir zəng gəlir. Gəlin bir-birimizə hörmət edək”.

2014-cü ilin yanvar ayından android və smartfon tipli telefonların, planşet, notebook və digər cihazlarla parlamentin binasına daxil olmağa qadağa qoyulub. Bu qadağanın hamıya aid olduğu deyilsə də, deputatlar bu qadağaya məhəl qoymur. Jurnalistlər isə ciddi-cəhdlə yoxlanaraq, həmin cihazlar alındıqdan sonra parlamentə buraxılırlar.

Ana səhifəXəbərlərOqtay Əsədov deputatlara: Telefonda qurdalanmağı yığışdırın