Operativ Qərargah: Son sutkada virusdan ölüm faktı qeydə alınmayıb

O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 247, ötən müddətdə isə 3 690 224 testin aparıldığı göstərilib.

Foto: Meydan TV


47 nəfərin koronavirusa yoluxduğu bildirilir

İyunun 22-də Azərbaycanda 47 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, 111 nəfər müalicə olunaraq sağalıb.

Qərargah bu gün ölüm halı olmadığını qeyd edib.

Operativ Qərargah Azərbaycanda indiyədək 335 568 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 329 710 nəfər müalicə olunaraq sağalıb, 4 963 pasiyent vəfat edib. Hazırda aktiv xəstə sayı 895 nəfərdir".

O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 247, ötən müddətdə isə 3 690 224 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqOperativ Qərargah: Son sutkada virusdan ölüm faktı qeydə alınmayıb