Operativ Qərargah: Son sutkada koronavirusdan ölüm faktı qeydə alınmayıb

“Bugünkü test sayı isə 8162-dir”.

Mənbə: Meydan TV


48 nəfərin yeni yoluxduğu açıqlanıb

İyunun 17-də Azərbaycanda 48 adam COVİD-19 infeksiyasına yoluxub, 153 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qərargah bu gün koronavirusdan ölüm halı qeydə alınmadığını əlavə edib.

Eyni zamanda, Azərbaycanda indiyə qədər 335 min 339 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğu bildirilib: "Onlardan 329 min 191 nəfər müalicə olunaraq sağalıb, 4959 pasiyent vəfat edib. Hazırda aktiv xəstə sayı 1189 nəfərdir".

Operativ Qərargah ötən müddətdə 3 milyon 653 min 74 testin aparıldığını göstərib: "Bugünkü test sayı isə 8162-dir".

Ana səhifəSağlıqOperativ Qərargah: Son sutkada koronavirusdan ölüm faktı qeydə alınmayıb