Operativ Qərargah: Son sutkada 26,601 nəfər peyvənd edilib

Ümumilikdə ölkədə 363,183 nəfərə vaksin vurulub

Source: Meydan TV


Ümumilikdə ölkədə 363,183 nəfərə vaksin vurulub

Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 26,601 nəfər peyvənd edilib.

Bu barədə martın 4-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, hazırda ölkədə koronavirus infeksiyasına qarşı 363,183 nəfərə vaksin vurulub.

Proses ölkənin bütün rayonlarında aparılır.

Ötən günün statistikasına görə, sutka ərzində Azərbaycanda koronavirusa 314 nəfər yoluxub, 2 nəfər vəfat edib.

Ana səhifəXəbərlərOperativ Qərargah: Son sutkada 26,601 nəfər peyvənd edilib