Operativ Qərargah: Azərbaycanda virusa 218 yeni yoluxma

O cümlədən, son sutkada 5309, hazırkı dövrədək isə 2341807 testin aparıldığı xatırlanıb.

Foto: Meydan TV


9 nəfərin vəfat etdiyi bildirilir

Yanvarın 21-də Azərbaycanda 218 nəfər COVİD-19 infeksiyasına yoluxub, 770 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir ki, 9 nəfər yeni koronavirusdan ölüb.

Operativ Qərargah Azərbaycanda indiyədək ümumilikdə 228 246 nəfərin COVİD-19 infeksiyasına yoluxduğunu bildirib: “Onlardan 218 387 nəfər müalicə olunaraq sağalıb, 3 053 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 6 806 nəfərdir”.

O cümlədən, son sutkada 5309, hazırkı dövrədək isə 2341807 testin aparıldığı xatırlanıb.

Ana səhifəSosialOperativ Qərargah: Azərbaycanda virusa 218 yeni yoluxma