Operativ Qərargah: Azərbaycanda bir sutkada 209 nəfər virusa yoluxub

“Bugünkü test sayı isə 7060-dır”.

Source: Meydan TV


8 nəfərin vəfat etdiyi bildirilir

Yanvarın 28-də Azərbaycanda 209 adam COVİD-19 infeksiyasına yoluxub, 437 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda 8 nəfərin vəfat etdiyi qeyd edilib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 229 min 793 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: “Onlardan 222 min 154 nəfər müalicə olunaraq sağalıb, 3113 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 4526 nəfərdir”.

Qərargah ötən müddətdə 2 milyon 387 min 134 testin aparıldığını vurğulayıb: “Bugünkü test sayı isə 7060-dır”.

Ana səhifəSosialOperativ Qərargah: Azərbaycanda bir sutkada 209 nəfər virusa yoluxub