16 nəfərin öldüyü deyilir
Yanvarın 13-də Azərbaycanda 474 adam COVİD-19 infeksiyasına yoluxub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Məlumatda bildirilir ki, 1322 nəfər müalicə olunaraq sağalıb, 16 nəfər ölüb.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 225 min 820 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: “Onlardan 212 min 120 nəfər müalicə olunaraq sağalıb, 2957 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 10743 nəfərdir”.
Qərargah ötən müddətdə 2 milyon 287 min 959 testin aparıldığını qeyd edib: “Bugünkü test sayı isə 8052-dir”.