Opera və Balet Teatrı: Bizim nəzarətçi kənarda olub

Teatrın mətbuat xidməti Xədicə İsmayılın tamaşaya buraxılmamasından xəbərsiz olduğunu deyir

Source:


Teatrın mətbuat xidməti Xədicə İsmayılın tamaşaya buraxılmamasından xəbərsiz olduğunu deyir

“Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı araşdırmaçı jurnalist Xədicə İsmayılın dekabrın 19-da “ƏSA” Teatrının “Adamlar və siçanlar” tamaşasına buraxılmamasından xəbərsizdir”.

Bunu Meydan TV-yə teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva deyib. Onun sözlərinə görə, həmin gün tamaşa zalı “ƏSA” Teatrına verilib:

“Teatrın truppası əlilliyi olan şəxslərdən ibarətdir, biz bu addımı təmannasız atmışıq. O cümlədən, Opera və Balet Teatrı bilet satışı və dəvətnamələrin satışına müdaxilə etməyib. Tamaşaçıların içəri buraxılmasına gəlincə, bizim nəzarətçi də həmin günü kənarda olub, “ƏSA”nın öz nümayəndələri və “ASAN könüllülər” bu işə baxıb. Çünki “ƏSA” həm dəvətnamə paylamışdı, həm də bilet satmışdı. Yəni bizim xidmət heyəti bu məsələlərə müdaxilə etməyib. Bunlar müqavilə əsasında olduğundan müdaxilə edə bilmərik”.

Meydan TV bir daha jurnalist Xədicə İsmayılla əlaqə saxlayıb.

Jurnalist deyib ki, göstərişin Prezident Administrasiyasından olduğu sirr deyil:

“Ancaq mənə “ƏSA”nın adını çəkmək istəmədiyim nümayəndəsi dedi ki, Birinci vitse-prezidentin köməkçisi Yusif Məmmədəliyev sizi tamaşada görmək istəmir, əks təqdirdə tamaşa dayandırıla bilər”.

Dekabrın 19-da “ƏSA” Teatrının tamaşasına baxmağa gedən Xədicə İsmayıl zala

buraxılmayıb

.

ƏSA”nın təsisçisi və bədii rəhbəri Nihad Qulamzadə də baş verənlərdən sonradan xəbər tutduqlarını deyib:

“Hətta indi də detalları tam bilmirəm, çünki biz yaradıcı hissəsi ilə məşğul idik. Məlumatsız olduğumdan da qiymətləndirə bilmərəm. Növbəti dəfə bu cür şeyləri tənzimləyəcəyik”.

O, baş verənlərə Opera və Balet Teatrının cavabdehlik daşıdığını deyib:

“Binada da həmin teatrın əməkdaşları olub, hər şeyə onlar nəzarət edib, qərarı da onlar verib. Biz orada qonaq olaraq tamaşa göstərmişik, əlavə səlahiyyətimiz

yoxdur

”.

Ana səhifəXəbərlərOpera və Balet Teatrı: Bizim nəzarətçi kənarda olub