2016-cı ildə Azərbaycanda neft hasilatı sutkada 870 min barrel olacaq.
“Bu, 2015-ci illə müqayisədə 10 min barrel çoxdur”, – deyə OPEK-in hesabatında bildirilir.
Dövlət Statistika Komitəsinin məlumatında isə deyilir ki, 2015-ci ildə Azərbaycanda sutkada 41,69 mln ton neft və 834 min barrel kondensat çıxarılıb.
Turan yazır ki, avqust hesabatı ilə müqayisədə OPEK Azərbaycanda neft hasilatı proqnozunu 16 min barrel artırıb. ОPEK-in proqnozuna görə, bu, ötən ilin II yarısındakından 20 min barrel çoxdur.
2016-cı ilin I yarısında Azərbaycanda 21 mln 64,5 min ton neft və 856 min barrel kondensat çıxarılıb.
Amma Azərbaycanda çıxarılan neftin 75 faizi AÇG blokunun payına düşür. Sentyabrın 11 günündə iri hasilat platformalarından biri təmirə dayanıb. Bundan başqa, payızda digər bir platformada hasilat 3 həftəliyə dayandırılacaq. Yəni hasilat azalacaq.
Ona görə OPEK-in Azərbaycan üzrə proqnozu səhih sayıla bilməz.