OPEC dünyada təsdiq edilmiş qaz ehtiyatlarının həcmini açıqlayıb

İlham Şaban: ”Qaz gəlirləri neft gəlirlərini əvəz etməyəcək”

Source:


İlham Şaban: ”Qaz gəlirləri neft gəlirlərini əvəz etməyəcək”

Ötən ilin sonuna Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatlarının həcmi 1 trln. 277 mlrd. kubmetr təşkil edib.



APA-Economics

”in məlumatına görə, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) illik statistik hesabatında deyilir.

Hesabata əsasən, 2017-ci ildə təsdiq edilmiş ümumdünya təbii qaz ehtiyatı illik nisbətdə 0,2% artaraq 199 trln. 44 mlrd. kubmetrə çatıb.

2017-ci ilin sonuna olan məlumata görə, Xəzəryanı ölkələrdən İranın təsdiqlənmiş təbii qaz ehtiyatları 33 trln. 810 mlrd. kubmetr, Rusiyanın qaz ehtiyatlarının həcmi 50 trln. 617 mlrd. kubmetr, Qazaxıstanın 1 trln. 898 mlrd. kubmetr, Türkmənistanın təsdiq edilmiş təbii qaz ehtiyatlarının həcmi isə 9 trln. 838 mlrd. kubmetr təşkil edir.

Dünyada qaz ehtiyatlarının həcminə görə Rusiya birinci, İran ikinci, Qətər isə üçüncü yeri tutur. Qətərin təsdiq edilmiş təbii qaz ehtiyatlarının həcmi 23 trln. 861 mlrd. təşkil edib.

Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev isə bəyan edib ki, ölkənin təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabah Meydan TV-yə Azərbaycanın 18 milyard kubmetrdən bir qədər çox həftəlik qaz hasil etdiyini bildirib:

“2023-cü ildə bundan iki dəfə çox həftəlik qaz hasilatını artıracaq. Bu, “Şahdəniz-2”, “Abşeron” yataqları hesabına olacaq. Bundan təqribən 3-4 il sonra isə Azərbaycan qaz hasilatını 40 milyard kibmetrə qədər artıracaq. Gələn 10 illiyin ortasında Azərbaycan qaz ölkəsinə çevriləcək”.

İlham Şaban
İlham Şaban

İlham Şaban Azərbaycanın qaz gəlirlərinin neft gəlirlərini əvəz edəcəyini düşünmür:

“Qazın və neftin həddi, qiymətləri arasında paralel apardıqda müqayisə edilməz mənzərə yaranır. Birinci səbəb odur ki, dünya bazarında qazın qiyməti neftin qiyməti ilə eyni olmur, yarısı qədər olur. İkinci, Azərbaycanda qazın həcmləri neftin həcmləri qədər eyni deyil. Azərbaycanın uzun illər neft ölkəsi olub və 51 milyon tona yaxın neft istehsal etmişik. Bu, qaz ekvivalentində 51 milyard kubmetrdən çox əmtəəlik qaz deməkdir. Hələlik ölkədə bu həcmdə qazın hasil edilməsi proqnoz edilmir. Maksimum 40 milyard kubmetrdən bir qədər çox ola bilər. Həm də 10 milyard kubmetrdən çox qazı istehlak edirik”.

Onun fikrincə, başqa bir məqam odur ki, Azərbaycan qazı regional və dünya bazarında satır, bunların qiymət fərqi iki dəfəyə qədərdir.

“Bu mənada qaz və neftin gəlirləri müqayisə olunmazdır”.

Ana səhifəAnalitikaOPEC dünyada təsdiq edilmiş qaz ehtiyatlarının həcmini açıqlayıb