Rəsul Cəfərov ev dustaqlığına buraxılmadı
Martın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə hüquq müdafiəçisi Rəsul Cəfərovun növbəti məhkəmə prosesi keçirilib. Rəsul Cəfərovun vəkili Fariz Namazlı bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılması ilə bağlı və digər vəsatətləri təmin olunmayıb.
Məhkəmə iştirakçılarından bəziləri prosesin siyasi sifarişlə aparıldığını bildiriblər.
Rəsul Cəfərovun babası bildirib ki, o, nəvəsinin günahsız olduğundan əmindir.