On ayda enerji istehsalı artıb

“Azərenerji” ötən illə müqayisədə 5,7 faiz çox enerji istehsal edib

Source:

“Azərenerji” 2014-cü ilin on ayında 18,5 mlrd kVt/s elektrik enerjisi istehsal edib. Bu, ötən ilin eyni dövründəkindən 5,7 faiz çoxdur.

Şirkətin mətbuat xidmətinin məlumatına görə, 2014-cü ilin oktyabrında “Azərenerji” 1,8 mlrd kVt/s elektrik enerjisi istehsal edib.

2013-cü ildə ölkədə elektrik enerjisi istehsalı həcmi 21,5 mlrd kVt/s olub. (

Turan İA

)

Ana səhifəXəbərlərOn ayda enerji istehsalı artıb