Ömər Məmmədovun atası əfv sərəncamından sarsılıb

“Qoy çıxıb desinlər ki, bu qəddarlığı buna görə edirik”

Source:


“Qoy çıxıb desinlər ki, bu qəddarlığı buna görə edirik”

Həbsdə olan NİDA-çı Ömər Məmmədovun atası Əlyar Məmmədov oğlunun adının əfv siyahısında olmamasından narazıdır. Onun fikirləri sosial şəbəkələrdə yayılıb: “Hələ də şokdayıq, özümüzə gəlməmişik. Çox böyük ümidimiz vardı ki, Ömər bu dəfə azadlığa buraxılacaq. Məni Penitensiar Xidmətə çağırmışdılar, söhbət eləmişdilər ki, əmin olaq, Ömər artıq siyasətlə məşğul olmayacaq. Mən də demişdim ki, təhsilini davam etdirəcək. Ömərin nə yaşı var? Həbs olunanda 18 yaşındaydı. Heç kəsin adı siyahıya düşməyib. Bir şey başa düşmürəm, öz xalqına qarşı niyə belə rəftar edilməlidi? Bu qəddarlıq nəyə lazımdı? Qoy çıxıb desinlər ki, bu qəddarlığı buna görə edirik. Bu, dövlətçilik deyil, bu, düşmənçilikdir”

Ana səhifəXəbərlərÖmər Məmmədovun atası əfv sərəncamından sarsılıb