Ömər Məmmədovun anası ilə yazışması məhkəməyə təqdim olundu

Vəkil həbsin siyasi xarakterli olduğunu əsas gətirərək bloqçunun azad olunmasını istəyib

Source:

Vəkil həbsin siyasi xarakterli olduğunu əsas gətirərək bloqçunun azad olunmasını istəyib

İyunun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində gənc fəal, bloqçu Ömər Məmmədovun məhkəmə prosesi keçirildi. Məhkəmədən öncə Ömər Məmmədov bildirib ki, təcridxanada ona prezidentə əfv ərizəsi yazmaq təklif olunsa da, bundan imtina edib. Prosesdə vəkil Xalid Bağırov çıxış edərək Ömər Məmmədovun anası ilə yazışmasını məhkəməyə təqdim etdi. Sosial şəbəkədəki həmin yazışmadan bəlli olur ki, anası Ömərdən idarə etdiyi “Aztvdən seçmələr” səhifəsinin bağlamasını xahiş edir. İlham Əliyevə bənzəyən polisin şəklini yaydığına görə, atasını polis bölməsinə aparılaraq incidildiyini bildirir.

Vəkil həmin yazışmada hər hansı narkotik maddədən söz açılmadığını, həbsin siyasi xarakterli olduğunu əsas gətirərək, Ömər Məmmədovun azad olunmasını xahiş etdi. Lakin vəsatət təmin olunmadı. Hakim Mirzəli Abbasovun həmin yazışmanın məhkəmə materiallarına əlavə edilməsinə də etiraz etdi.

Proses 13 iyun saat 15:00-da davam edəcək.

Ana səhifəXəbərlərÖmər Məmmədovun anası ilə yazışması məhkəməyə təqdim olundu