Ömər Məmmədov azadlıqda (VİDEO)

“Nida” Vətəndaş Hərəkatının üzvü, bloqqer Ömər Məmmədov azadlığa buraxılıb. O, artıq evlərindədir. Ömər Məmmədovun anası Təranə Məmmədova oğlunun əfv olunacağına inamı olmadığını söyləmişdi.

Bloqqer 2014-cü il yanvarın 24-də Bakıda tutulub. İstintaqın məlumatına görə, onun üzərindən 6 qram heroin götürülüb. Müdafiəçiləri isə Ömər Məmmədovun bloqçu fəaliyyətinə, ictimai-siyasi aktivliyinə görə tutulduğunu deyirlər. Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə ittiham olunan bloqqer 2014-cü  il iyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilmişdi.

Əfv sərəncamı ilə həmçinin  “İnsan hüquqları” klubunun rəhbəri Rəsul Cəfərov, jurnalist Pərviz Həşimli, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, Müsavat Partiyası başqanın müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov, müsavatçı gənc Sirac Kərimli, NİDA-nın üzvləri Məmməd Əzizov, Rəşadət Axundov, Rəşad Həsənov, azadlığa buraxılıb. Bundan başqa Prezident Administrasiyasının işlər idarəsinin keçmiş rəhbəri Akif Muradverdiyev, hüquq müdafiəçisi Hilal Məmmədov, Taleh Xasməmmədov, “Demokratiyanın Tədrisi Mərkəzi”nin həmtəsisçisi və sədri Anar Məmmədlinin adı da həbsdən azad edilənlər sırasındadır.

Ana səhifəVideoÖmər Məmmədov azadlıqda (VİDEO)