Ombudsmanın nümayəndələri gənclərin bədənində işgəncə izi görməyib

Vəkil isə ombudsman aparatının yaydığı məlumatın həqiqəti əks etdirmədiyini deyib

Source:


Vəkil isə ombudsman aparatının yaydığı məlumatın həqiqəti əks etdirmədiyini deyib

Azərbaycan ombudsmanı yanında işgəncələrin qarşısının alınması üzrə Milli Prezventiv Qrupun üzvləri Bakı təcridxanasında gənc fəallar Bayram Məmmədova və Qiyas İbrahimova baş çəkiblər.

Ombudsman Aparatının məlumatında deyilir ki, missiya üzvləri onların bədənində işgəncə izləri görməyiblər.

Gənclər narkotik maddənin qanunsuz dövriyyəsində ittiham olunurlar. Lakin həbsin əsl səbəbi Heydər Əliyevin abidəsinin üzərində yazı yazılmasıdır.

“B.Məmmədovun və Q.İbrahimovun valideynlərinin müraciəti əsasında ombudsman onlarla təkbətək görüşlər keçirib. Gənclərin bədəninə baxış həkimin iştirakı ilə aparılıb və hər hansı xəsarət izi aşkar edilməyib.

Bundan əlavə, tibbi sənədlərdən məlum olur ki, onlar Bakı təcridxanasına daxil olarkən tibbi müayinədən keçiblər və xəsarət izləri aşkarlanmayıb” – ombudsmanın nümayəndələri bildiriblər.

İndiyə qədər ombudsmanın nümayəndələri məhbuslara qarşı zorakılıq və işgəncə faktlarını bir dəfə də olsun təsdiqləməyiblər. (“Turan” İA)

Meydan TV deyilənlərlə bağlı vəkil Elçin Sadıqovla əlaqə saxlayıb.

Vəkil ombudsman aparatının yaydığı məlumatın həqiqəti əks etdirmədiyini deyib: “Dünən Bayram Məmmədovla görüşəndə o, dedi ki, hətta ombudsman nümayəndələri onun xəsarət yerlərinin fotoşəkillərini çəkib və hər iki gənc işgəncəyə məruz qalmaları haqda məlumat veriblər. Bayram Məmmədovun üzərində xəsarət izləri olduğunu təsdiqləsələr də, bildiriblər ki, bu, işgəncədən yaranmayıb. Ancaq Bayram Məmmədov onlara etiraz edib ki, biləyindəki kəsilmiş və irinləmiş yara, qandalın dartılması, ayağının topuq hissəsində kəsilmiş yaralar ayağının qandallanması nəticəsində, dizlərində, bədənində olan yaralar isə dəyənəyin, yumruğun və təpiyin izləridir”.

Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-da həbs olunub və onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən satmaq məqsədiylə külli miqdarda narkotik maddə saxlama və gəzdirmə) maddələrilə ittiham irəli sürülüb. Mayın 12-də isə Xətai Rayon Məhkəməsi hər iki gənc haqda həbsqəti imkan tədbiri seçən hökm çıxarıb.

Ana səhifəXəbərlərOmbudsmanın nümayəndələri gənclərin bədənində işgəncə izi görməyib