Ombudsman Qiyas və Bayramla bağlı verilən sualdan necə yayındı?

Yeni il ərəfəsində Rusiyanın Ombudsmanı Tatyana Moskalkova və Azərbaycanın İnsan Haqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova Xocalı abidəsini ziyarət ediblər

Ziyarətdən sonra Elmira Süleymanova Meydan TV-nin “Heykəl məhbusları” kimi tanınan Qiyas İbrahimov və Bayram Məmmədova verilən işgəncə faktlarının araşdırılması ilə bağlı sualına cavabında tamamilə başqa mövzudan danışıb:

– Mətbuatda yazırlar. Mətbuatda mənim adımdan da çox söz yazırlar. Mən bir neçə dəfə də açıqlama vermışəm, demişəm ki, əfsuslar olsun ki, təhrif olunmuş informasiyalar verirlər. Biz əməkdaşımızla Cenevrəyə getmişik, Beynəlxalq Qızıl Xaç Təşkilatının baş iqamətgahında olub bu məsələni danışmışıq. Demişik ki, bu, heç bir hüquqa uyğun olmayan, beynəlxalq hüquqa zidd olan bir tədbirdi. Bir də danışdıq, belə bir dövlət yoxdur ki, başqa bir dövlət tərəfindən tanınsın. Heç Ermənistan da Dağlıq Qarabağı bir ölkə kimi tanımır ki, siz deyəsiniz „Dağlıq Qarabağ Respublikası”. O məhkəmənin özü legitim məhkəmə deyil. O tamaşanı ki, bunlar elədilər, başına şey keçirdilər və s, bu, təhqiramiz, insan ləyaqətini alçaldan bir hərəkətdi.


– Yəni belə bir hal yoxdu? Qiyasın, Bayramın…

– Mən onların rəhbərlərindən belə bir məktub almışam ki, biz bir yerdə gedib baş çəkdik onlara və daim baş çəkirik. Mən sizi əmin edə bilərəm ki, onların saxlanması, qidalanması, tibbi yardıma ehtiyacı olarsa, kömək edərik. Amma siyasi mənada biz onları verə bilmərik.

Ana səhifəVideoOmbudsman Qiyas və Bayramla bağlı verilən sualdan necə yayındı?