Ombudsman nümayəndələri həbsdə olan hüquq müdafiəçilərinə baş çəkib

Leyla Yunusova, İntiqam Əliyev, Rəsul Cəfərov və Anar Məmmədlinin saxlanılma şəraiti və onlarla rəftarın vəziyyəti araşdırılıb

Source:


Leyla Yunusova, İntiqam Əliyev, Rəsul Cəfərov və Anar Məmmədlinin saxlanılma şəraiti və onlarla rəftarın vəziyyəti araşdırılıb

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) və 2 saylı cəzaçəkmə müəssisəsinə qısamüddətli başçəkmələr həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətinin məlumatına görə, başçəkmə zamanı BİT-də saxlanılan Leyla Yunusova, İntiqam Əliyev, Rəsul Cəfərov və Anar Məmmədli ilə görüş keçirilib. Görüş zamanı adıçəkilən şəxslərin saxlanılma şəraiti və onlarla rəftarın vəziyyəti araşdırılıb.

Bundan əlavə, 2 saylı cəzaçəkmə müəssisəsinin karantin otağında saxlanılan İlqar Məmmədov da qəbul edilib və vəziyyəti araşdırılıb. Görüş zamanı İ.Məmmədov 2 saylı cəzaçəkmə müəssisəsində hər-hansı pis rəftara məruz qalmadığını bildirib.

Qeyd edilib ki, adı çəkilən şəxslərin qaldırdığı məsələlərin araşdırılması və qanunvericilik çərçivəsində tədbir görülməsi üçün ombudsman tərəfindən Ədliyyə Nazirliyinin rəhbərliyinə müraciət olunub.

Ana səhifəXəbərlərOmbudsman nümayəndələri həbsdə olan hüquq müdafiəçilərinə baş çəkib