Nardaranda saxlanılan şəxslərin ailə üzvləri məlumat almaq istəyir
Bir qrup Nardaran qəsəbə sakini Ombudsman E. Süleymanovaya müraciət edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bir qrup Nardaran qəsəbə sakinindən daxil olan ərizə əsasında Baş Prokurorluğa müraciət edib.
Bu barədə APA-ya Ombudsman Aparatından məlumat verilib. Aparatdan bildirilib ki, Ombudsman Nardaran qəsəbəsində baş vermiş son hadisələrdə saxlanılan şəxslərin ailə üzvlərinin onlar barədə məlumat almaq istəyi ilə bağlı Baş Prokurorluğa müraciət edib.
Ombudsman Aparatı tərəfindən qanuna müvafiq digər zəruri addımlar da atılacaq.