“Tibb məntəqəsində onun 10 gün müalicəsi nəzərdə tutulurdu, əlavə 2-3 gün reabilitasiyada qalmasını da rəhbərlikdən xahiş etdik”
REAL Hərəkatının müraciətindən sonra Ombudsman Aparatının əməkdaşı Vüqar Məmmədov 2 saylı cəzaçəkmə müəssisəsində İlqar Məmmədovla görüşüb. Məlumatı Facebook səhifəsində hərəkatın İdarə Heyətinin üzvü Natiq Cəfərli yayıb.
Vüqar Məmmədov görüş barədə ona bildirib ki, İlqar Məmmədovun müalicəsi 2 saylı həbsxananın tibb məntəqəsində davam edir. Onun durumu yaxşılaşır, hərarəti aşağı düşüb. İ.Məmmədov antibiotiklərin təsirsizliyindən gileylənirdi: “Bizim mütəxəssislər də ona yeni müalicə yazıb. Onun bronxları soyuqlasa da, indi vəziyyəti düzəlməkdədir. Tibb məntəqəsində onun 10 gün müalicəsi nəzərdə tutulurdu. Əlavə 2-3 gün reabilitasiyada qalmasını da rəhbərlikdən xahiş etdik».
Natiq Cəfərli müraciətlərinə vaxtında reaksiya verdikləri üçün Ombudsman Apatına təşəkkür edib.