Ombudsman aparatı nədir və necə maliyyələşdirilir? – cavab veririk #3

Ombudsman aparatı nədir, kimə tabedir, ombudsmanı kim və necə təyin edir bu suallara cavab veririk.

Source:



Bu dəfəki yazımızda isə tez-tez eşitdiyimiz ombudsman aparatı ilə bağlı sualları cavablandıracağıq. Ombudsman aparatı nədir, kimə tabedir, ombudsmanı kim və necə təyin edir?


Ombudsman – İsveç mənşəli “ombuds” (vasitəçi) və “man” (şəxs) sözündəndir. Sözün mənası agent, və ya sədr deməkdir. Demokratik ölkələrdə ombudsman əhalinin dövlət nəzarətində olan sahələrdən şikayətinə baxan şəxs kimi başa düşülür. Azərbaycanda bu institutun yaradılması ilə bağlı qanun 2002-ci ildə qəbul edilib. Qanunun qəbulu, institutun büdcəsinin təsdiqi və Ombudsman təsisatının yaradılması ilə bağlı qanunvericilikdəki yeniliklər referendum səs verməsi ilə təs-diqləndikdən sonra, yəni 2002-ci il oktyabrın 28-də artıq Ombudsman Aparatında ərizəçilərin qəbuluna və şikayətlərin araşdırılmasına başlanıb.


Ombudsman əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı ölkə prezidentinə təkliflər verə bilər. İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədi ilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkə bilər.

Ötən il qanuna edilən dəyişiklikdən sonra aparatın səlahiyyəti artırılıb. Belə ki, dəyişikliyə görə, aparatda milli preventiv qrup yaradılıb və bu qrup istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil ola bilər.


Müvəkkil müstəqildir və yalnız Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına tabedir.


İnsan hüquqları üzrə müvəkkilə hüquqlarının pozulması ilə bağlı şikayəti həmin şəxsin razılığı ilə üçüncü şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları verə bilərlər. Əgər həmin şəxs vəfat edibsə, fəaliyyət qabiliyyətini itiribsə və s. şikayəti üçüncü şəxslər və ya qeyri-hökumət təşkilatları razılıq almadan da verə bilərlər. Şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən bir il müddətində verilə bilər. Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində Müvəkkilə göndərilməlidir.


“Ombudsman haqqında” Konstitusiya Qanunun 19-cu maddəsinə əsasən müvəkkilin, onun apa-ratının və regional mərkəzlərinin fəaliyyəti Dövlət büdcəsi hesabına maliyyələşdirilir. Həmçinin müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz. Məlumat üçün bildirək ki, aparatın rəhbəri 2,025 manat maaş alır.


Azərbaycan qanunvericiliyinə görə, ombudsmanın namizədliyi prezident tərəfindən parlamentə təqdim olunur və millət vəkilləri tərəfindən təsdiqlənir. “İnsan hüquqları üzrə müvəkkil (ombuds-man) haqqında” Konstitusiya Qanununa görə, müvəkkil 7 il müddətinə seçilir. Onun səla-hiyyətlərinin bitməsinə 30 gün qalmış prezident 3 nəfərin namizədliyini Milli Məclisə təqdim edir. Milli Məclis isə 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı qərar qəbul edir.


İnsan hüquqları üzrə müvəkkil ölkə prezidentinin, Milli Məclisin deputatlarının və məhkəmə hakimlərinin fəaliyyətini yoxlaya bilməz.

Şəxsin ikili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi varsa, qanunvericilik, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edirsə, ödənişli fəaliyyəti varsa, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilibsə, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunubsa, o, ombudsman ola bilməz.

Ombudsman siyasi fəaliyyətlə məşğul ola və siyasi partiya üzvü ola, hər hansı qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna bilməz. Eyni şəxs iki dəfədən artıq müvəkkil seçilə bilməz.

Ana səhifəXəbərlərOmbudsman aparatı nədir və necə maliyyələşdirilir? – cavab veririk #3