Ölümündən sonra kupça alıb, evə sahibləndi (VİDEO)

1991-ci ildən Mustafa Sübhi küçəsi 89-da yaşayan Aida Şahverdiyeva evindən çıxarılır. Aida xanımın sözlərinə görə, bu, qanunsuzdur və onun evdən çıxarılması üçün hazırlanan sənədlər rüşvət yolu ilə alınıb. Belə ki, Aida xanımın evinə bitişik otaq Kamil Məmmədov adlı şəxsə satılıb. Həmin şəxs isə otağı 1000 dollara Aida xanıma satıb. “Rusiyaya gedirəm” deyib və alqı-satqı zamanı sənədləşmə aparılmayıb. Bir müddət sonra isə həmin otağın sahibi gələrək, evi tələb etməyə başlayıb. Aida xanım eks-prezident Heydər Əliyevin qəbulunda olub və evin müvəqqəti olaraq anasının adına keçirilməsinə nail olub. 2011-ci ildə anası dünyasını dəyişdikdən sonra məlum olub ki, Aida xanım məhkəməyə verilib.

Lakin buna baxmayaraq ailə evdən çıxarılıb. Aida xanıma təqdim edilən hesab kitabı maraqlı faktı ortaya qoyur. Belə ki, iddiaçı tərəfin əlində olan kupça 1993-cü il 7 iyul tarixində verilib.Adına kupça olan qadın isə 1993-cü il 2 iyul tarixində vəfat edib.Yəni sənəd qadının adına ölümündən 5 gün sonra alınıb. Məsələ ilə bağlı apellyasiya şikayəti verilsə də, qərar iddiaçıların xeyrinə çıxarılıb.

Qarşı tərəflə əlaqə saxladıq. Ailənin vəkili məhkəmə yolu ilə evin Aida xanıma məxsus olmadığı təsdiqlənib və əlavə heç bir söz-söhbətə ehtiyac görmədiyini bildirdi.

Aida Şahverdiyeva illərdir növbədə olduğu evi tələb etmək məcburiyyətində qalıb. Deyir ki, hazırkı evdən çıxarılıramsa, o zaman haqqım olan evi mənə versinlər.

Ana səhifəVideoÖlümündən sonra kupça alıb, evə sahibləndi (VİDEO)