“Olland getdi ki, qayıtsın”

“Turan İA” Fransa prezidentinin Bakı səfərini təhlil edir

Source:


“Turan İA”  Fransa prezidentinin Bakı səfərini təhlil edir


Fransa prezidenti Fransua Ollandın Cənubi Qafqaza mayın 11-13-dəki səfərini tanışlıq xarakterli adlandırmaq olar.


Səfərə başladığı Azərbaycanda Olland etiraf etdi ki, bu, ilk tanışlıq səfəridir, sonuncu deyil.

Ermənistanda prezident Serj Sərkisyanla mətbuat konfransında Olland qeyd etdi ki, o, Ermənistanın Rusiyanın Krımı ilhaq etməsini dəstəkləməsinin, assosiasiya haqda sazişi imzalamağı təxirə salmasının, Gömrük İttifaqına qoşulmağa hazırlaşmasının motivlərini anlamağa cəhd edir. O həmçinin Krımın ilhaqını qəbul etməyən, assosiasiya haqda sazişi imzalamaqdan imtina edən, rejimin düşmənlərini müntəzəm surətdə təqib edən prezident İlham Əliyevin məntiqini də anlamaq istəyirdi.

Ollandın səfər qrafikinə baxsaq, görmək olar ki, vaxtının çoxunu paritet şəkidə Azərbaycan və Ermənistana ayırdı, bu ölkələrdə bir sutkadan çox oldu. Bu, onunla bağlıdır ki, Gürcüstanın problemi azdır, o, Avrointeqrasiya və siyasi-iqtisadi islahatlar yolunda əminliklə addımlayır. Hərçənd iqtisadiyyat mövzusu hər üç ölkədə gündəlikdə idi, amma siyasi aspekt üstünlük təşkil edirdi və mətbuat konfransları da göstərdi ki, prezidentlər daha çox siyasətdən danışıblar.

İkitərəfli görüşlərdə sabitlik və münaqişələrin, xüsusən Qarabağ məsələsinin  tənzimlənməsi xüsusi yer tutdu. Fransanın bu məsələyə yanaşmasında əsas yenilik ərazi bütövlüyü prinsipinə əsaslanan dəqiq tənzimlənmə xətti idi. Olland tənzimlənmənin bu baza prinsipini hər üç ölkədə, hətta Yerevanda vurğuladı. Burda onun xatırlanması qıcıq doğurur və Ermənistana gələn dövlət başçılarının heç də hamısı bu barədə danışa bilmir.

Demək olmaz ki, bu, Ollandın enerji resursları ilə zəngin və sənaye cəhətdən inkişaf edən perspektivli tərəfdaşın könlünü ələ almaq istəyi idi və Fransanın merkantil maraqları ilə bağlı idi. Bunu Fransanın Total şirkətinin “Şahdəniz 2” layihəsi və boru kəməri konsorsiumundan çıxması da göstərir. Güman ki, Rusiyanın Ukraynaya təcavüzü – Avropanın təhlükəsizliyinin təməl prinsipi olan sərhədlərin toxunulmazlığı prinsipinin pozulması Qərbi bu barədə daha aydın danışmağa vadar edir.

Ollandın səfərindən öncə ATƏT-in Minsk Qrupunun yeni təşəbbüsü olmuşdu. Fransa burda ABŞ və Rusiya ilə birgə üç həmsədrdən biridir. Ərazi bütövlüyü prinsipində əvvəlkilərə nisbətən daha möhkəm dayanan sənəd Ermənistan-Azərbaycan tənzimlənməsinə yeni impuls verməlidir. Ukraynaya görə Amerika-Rusiya münasibətlərinin kəskinləşməsi şəraitində məhz Fransaya xüsusi vasitəçi rolu ayrıla bilr. Ona görə təsadüfi deyil ki, Bakı və Yerevanda Fransua Olland prezidentlərə təklif etdi ki, Parisdə görüşüb söhbəti üçtərəfli formatda davam etdirsinlər.

Paris görülərinin sülh sazişi ilə imzalanacağını gözləmək sadəlövhlük olardı. Bunu Fransa prezidenti də anlayır və Cənubi Qafqaza mümkün təkrar səfərindən danışdı. Olland başa düşür ki, regionda, xüsusən Azərbaycanda demokratik dəyişikliklər olmadan tənzimləmə prosesinin irəliləyişi sıfıra bərabərdir. Bu amili onun Bakıda Əliyev rejimi tərəfindən təqibə məruz qalan bir qrup siyasətçi və vətəndaş cəmiyyəti fəalı ilə görüşü də sübut edir. Fransa prezidenti görüşdə dəqiq anladıb ki, ölkənin demokratikləşməsi Azərbaycan-Fransa münasibətlərinin əsas gündəlik mövzularından biridir. Bunu xüsusi xidmət orqanları Fransua Ollandın səfəri öncəsi Fransa Fəxri Legionu kavaleri hüquq müdafiəçisi Leyla Yunusa hücum edən prezident Əliyev də anlayır. Bunu, xüsusi xidmət orqanları Fransua Ollandın səfəri ərəfəsində Fransa Şərəf Legionu kavaleri, azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunusun ovuna çıxan prezident İlham Əliyev də anlayır. Beşinci respublikanın şərəfini xilas etməli olan fransızlar bütün diqqəti kavalerin müdafiəsinə yönəltməli və siyasi müzakirənin tonunu aşağı salmalı oldu, Azərbaycan tərəfi də elə buna nail olmaq istəyirdi. Amma demokratiya  mövzusunda dialoqu çox gözləmək lazım gəlməyəcək –  Olland vətəndaş fəalları ilə söhbətində vəd edib ki, bələdiyyə və parlament seçkilərini və bir il sonra Bakıda keçiriləcək Avropa Olimpiadasını diqqətilə izləyəcək.

Ana səhifəXəbərlər“Olland getdi ki, qayıtsın”