“Ölkənin gələcəyi məhbus edilib və BP belə bir rejimlə əl-ələ verərək işləyir”

“İdman korrupsiyalı rejimin və ona xidmət edən neft şirkətinin gözdən pərdə asması üçün vasitədir”

Source:


“İdman korrupsiyalı rejimin və ona xidmət edən neft şirkətinin gözdən pərdə asması üçün vasitədir”

Avropa oyunlarının açılışı zamanı London da “Parıldayan bütün şeylər – Azərbaycanda İdman, BP və Repressiya” adlı kitab nəşr olunacaq.

Bu barədə məlumatı BBC Azərbaycanca yayıb.

BBC Azərbaycanca bildirib ki, Britaniyanın Platform London təşkilatının buraxacağı kitab BP şirkətinin Azərbaycanın hökuməti ilə münasibətlərindən bəhs edir. Kitabda deyilir ki, “idman korrupsiyalı rejimin və ona xidmət edən neft şirkətinin gözdən pərdə asması üçün vasitədir”. Vətəndaş fəallarının, jurnalistlərin, hüquqşünasların həbsi hökumətin hücumu kimi dəyərləndirilir.

Platform London təşkilatından Emma Hughes kitabın nəşri ilə bağlı açıqlamasında deyib ki, “Bu Neft Oyunları BP-nin oyunlarıdır. Oyunların uğuru BP-nin uğuru olacaq. Onlar idmandan dünyanın gözünü dəhşətli reallıqlara kor etmək üçün istifadə edirlər. Azərbaycanda vətəndaş cəmiyyəti tamamilə əzilib. Jurnalistlər, hüquqşünaslar, alimlər, yazıçı və fəallar dəmir barmaqlıqlar arxasına salınıblar. Bütün bunlara baxmayaraq Oyunlara hazırlıq gedir. Bu ölkənin gələcəyi məhbus edilib və BP belə bir rejimlə əl-ələ verərək işləyir”.

Emma Hughes bildirib ki, BP-nin gətirdiyi neft sərvəti Əliyev rejimini möhkəmləndirib, azərbaycanıların əksəriyyəti üçünsə yaşayış səviyyəsini yüksəldə bilməyib.

Məhbus jurnalist Xədicə İsmayılova da həbsindən az əvvəl demişdi: “ BP Azərbaycanda baş verənlər üçün məsuliyyət daşıyır. Qərbin bu ölkədə baş verəcək hər hansı dəyişikliyə tərəddüdlə yanaşmasına əsas səbəblərdən biri də BP-dir. Əlyev rejimi BP-yə əl verir. Rejim BP-yə iş şəraiti yaradır, BP isə rejimin problemlərini həll edir. Siyasi təsir bu sövdələşmənin tərkib hissəsidir. BP-ni ata Əliyevi Azərbaycanda hakimiyyətə gətirməkdə günahlandırırlar. Lakin bu təkcə tarix deyil. Birləşmiş Krallığın hökuməti Azərbaycanda demokratiyanın vəziyyəti ilə bağlı sükutunu pozmur. Gündəliyi BP-nin maraqları diqtə edir”.

BP şirkəti bu iradları qəbul etmədiyini bildirir.

Şirkət BBC Azərbaycancaya açıqlamasında deyib: “O yerdə ki, insan haqlarının pis vəziyyəti bizim biznes fəaliyyətimizlə birbaşa bağlı deyil, biz düşünmürük ki, dövlətlərin insan haqlarını qoruması, onlara hörmət və icra etməsinə təsir göstərmək bizim rolumuza daxildir. Biz diqqətimizi öz fəaliyyətimizlə bağlı potensial insan haqları təsirlərinin və risklərinin aşkarlanması və onların həll edilməsi üzərində cəmləşdiririk”

BP fəaliyyət göstərdiyi ölkədə insan hüquqlarının pozulmasına biganə qala bilməz

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə bildirib ki, beynəlxalq maliyyə inistitutlarından o ölkəyə kredit ayırmalıdır ki, orada insan hüquqlarına hörmət olunsun. “Avropa Yenidənqurma və İnkişaf Bankı Özbəkistana kredit ayırmadı. Çünki orada insan hüquqları pozulmuşdu. BP neçə illərdir ki Azərbaycanda fəaliyyət göstərir. BP-nin daxilində də insan hüquqları məsələsinə hörmətlə yanaşması əsas şərtlərdən biridir. Çünki zamanla BP-nin özündən də şikayətlər olur. BP fəaliyyət göstərdiyi ölkədə insan hüquqlarının pozulmasına biganə qala bilməz”

Ötən ilin sentyabr ayında Platform London təşkilatının fəalları “Əsrin Müqaviləsi”nin 20 illiyi münasibətilə BP-nin Londondakı qərargahı önündə aksiya keçiriblər.

Aksiya iştirakçıları Əliyev hakimiyyətindən “98 siyasi məhbusun azad edilməsi və başqa insan haqları müdafiəçilərinin həbs edilməyəcəyinə dair zəmanət” tələb etməsini istəyib və eyni zamanda şirkətin gələn il Bakıda keçiriləcək Avropa Oyunlarına sponsorluğunu dayandırmasını tələb edib.

Ana səhifəXəbərlər“Ölkənin gələcəyi məhbus edilib və BP belə bir rejimlə əl-ələ verərək işləyir”