Bank sektoru bu ilin ilk 9 ayını 443.512 milyon manat zərərlə başa vurub
2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının gəlirinin 129.335 milyon manat, xalis zərərinin isə 572.848 milyon manat olduğu bildirilir
Xəbəri “Report” yazıb. Məlumata görə, bank sektoru bu ilin ilk 9 ayını 443.512 milyon manat zərərlə başa vurub.
Bu il Azərbaycanda 11 bankın lisenziyası əlindən alınıb. Bu, onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib. Hazırda ölkədə 30-dan çox bankın fəaliyyət göstərdiyi bildirilir.