Həmməruzəçilər vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb
Bu gün Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Preda bəzi QHT nümayəndələri ilə görüşüb. Görüşdə iştirak edən hüquq müdafiəçisi Samir Kazımlının verdiyi məlumata görə, ölkədə demokratiyanın və insan haqlarının durumu müzakirə edilib. Onun sözlərinə görə, görüşdə əsasən siyasi məhbusların məsələsi, QHT-lərlə bağlı qanunvericilik, bank hesablarına həbs qoyulan QHT-lərin işi, ictimai-siyasi fəallara və jurnalistlərə qarşı təzyiqlə barədə müzakirələr aparılıb. Həmçinin son zamanlar həbs edilən gənclərin, “Qanun” Nəşriyyatındakı axtarış da müzakirə mövzusu olub.
S.Kazımlı deyir ki, həmməruzəçiləri görüşdə bəzi QHT nümayəndələrinin və jurnalistlərin ölkədən çıxışına qoyulan qadağalar məsələsi də qaldırılıb və ölkədən çıxışına qadağa qoyulan şəxslərin siyahısı onlara təqdim edilib. Həmməruzəçiləri bu məsələ barədə məlumatlı olduqlarını və rəsmilərlə görüşdə bu məsələni qaldıracaqlarını deyiblər.