“Ölkədən çıxan pul gələn valyutanı üstələyir”

Rövşən Ağayev: “Maliyyə hesabı üzrə ölkədən çıxan valyuta daxil olan valyutadan təxminən 2 dəfə çoxdu”

Source:


Rövşən Ağayev: “Maliyyə hesabı üzrə ölkədən çıxan valyuta daxil olan valyutadan təxminən 2 dəfə çoxdu”

Mərkəzi Bank bu ilin 9 ayı üzrə tədiyyə balansının göstəricilərini yayıb.

Göstəriciləri təhlil edən iqtisadçı Rövşən Ağayev deyir ki, valyuta bazarında proseslərin proqnozlaşdırılması baxımından indiki həssas dövrdə tədiyyə balansının izlənməsi çox vacibdir: “Hərçənd ki, rəsmi məlumatların real pul axınlarını tam əhatə edə bilmədiyini hər kəs bilir. Məsələn, 2 vacib göstərici var ki, onların təhrif edilməsi (yaxud tam uçota alınmaması) tədiyyə balansının bir alət olaraq təhlildə gücünü azaldır – söhbət idxalın və ölkədən çıxan kapitalın real həcmindən gedir. Amma istənilən halda rəsmi məlumatlar tendensiyaları gizlədə bilmir. Məsələn, ölkədən çıxan valyutanın həcmi gələn valyutanın həcmini üstələyirsə, rəqəmlər kiçildilə bilər – amma tendensiya görünəcək. Necə ki, bizim Mərkəzi Bankın məlumatından da bunu görmək olur”.

Ekspertin fikrincə, xarici ticarət balansı çıxmaq şərtilə yerdə qalan bütün hesablarda ölkədən çıxan valyutanın həcmi gələn valyutanın həcmini üstələdiyi aydın görünür: “Məsələn, xaricə müxtəlif xidmətlər üçün 6.7 milyard dollar ödəmişik, amma əvəzində bizim göstərdiyimiz xidmətlərə görə xaricilər bizə 3.2 milyard dollar ödəyib – yəni 3.5 milyard dollar bu hesaba görə kəsirimiz yaranıb”.

İqtidadçı deyir ki, maliyyə hesabında da eyni vəziyyətdir: “Azərbaycandan kənara birbaşa investisiya formasında 2.6 milyard dollar, əmanətlər və ticarət kreditləri formasında 7.2 milyard dollar vəsait çıxıb – yəni ümumlikdə 9.8 milyard dollar. Amma bunun müqabilində xaricdən cəlb edilən investisiyalar təxminən 4 milyard dollar çox olub. Göründüyü kimi, maliyyə hesabı üzrə ölkədən çıxan valyuta daxil olan valyutadan təxminən 2 dəfə çoxdu. Əlavə olaraq bu müddət ərzində xarici neft şirkətləri ölkədən 1.7 milyard dollar həcmində mənfəət repatrisiya ediblər, xarici işçi qüvvəsi ölkədən 275 milyon dollar əmək haqqı çıxarıb”.

Ana səhifəXəbərlər“Ölkədən çıxan pul gələn valyutanı üstələyir”