Ölkədən 2 kiloqram 145 qramlıq qızıl külçələri çıxarmaq istəyiblər

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir

Source:


Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir

Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində ölkədən qaçaqmalçılıq yolu ilə külli miqdarda qızıl məmulatlarının çıxarılmasının qarşısı alınıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 2016-cı il dekabrın 18-də Biləsuvar gömrük idarəsinin keçid məntəqəsindən nəzarətdən gizli, çəkisi 2 kiloqram 145 qram olan qızıl külçələri və digər qızıl məmulatlarını xarici ölkə vətəndaşları ilə sövdələşərək ölkədən çıxarmaqda şübhəli bilinən Azərbaycan vətəndaşları F. Allahverdiyev, F. Məmmədov, Ə. Rəhimov, E. Hüseynov və E. Seyidov saxlanılıblar.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ana səhifəXəbərlərÖlkədən 2 kiloqram 145 qramlıq qızıl külçələri çıxarmaq istəyiblər