Ölkədəki idman yarışlarına gedirsinizmi?

2017-ci ildə Azərbaycan iki beynəlxalq yarışın keçirilməsinə öhdəlik götürüb.

Mayın 12-də Bakı İslam Həmrəyliyi oyunlarının açılışı baş tutub. Bu yarışlarda 54 ölkədən 3000-dən çox atlet 21 idman növü üzrə mübarizə aparıb.

Bu gün isə Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisinə start veriləcək.

Bəs Bakı sakinləri necə, bu oyunlara bilet alıb, gedirlərmi? Meydan TV sakinlər arasında sorğu keçirib.

Ana səhifəVideoÖlkədəki idman yarışlarına gedirsinizmi?