5 nəfər virusdan həyatını itirib
Fevralın 13-də Azərbaycanda 155 adam COVID-19 infeksiyasına yoluxub, 169 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah 5 nəfərin öldüyünü xəbər verir.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 231 995 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
"Onlardan 226 514 nəfər müalicə olunaraq sağalıb, 3 178 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2303 nəfərdir".
Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9715, ötən müddət ərzində isə ümumilikdə 2 495 198 testin aparıldığını qeyd edib.