“Ölkədə insan haqlarının durumu çox ümidsiz, əlacsızdır”

Arzu Abdullayeva: “Artıq hakimiyyətlə xalq arasında vasitəçi rol oynayan vətəndaş cəmiyyəti ölü vəziyyətindədir”

Source:


Arzu Abdullayeva: “Artıq hakimiyyətlə xalq arasında vasitəçi rol oynayan vətəndaş cəmiyyəti ölü vəziyyətindədir”

Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi siyasi mənsubiyyəti olmayan Sirac Kərimlinin 6 il azadlıqdan məhrumetmə hökmü çıxarıb. Hadisənin diqqətçəkən tərəfi Sirac Kərimlinin məhkəməsində dindirilmə zamanı onun səhvən həbs olunduğu aşkarlanması olub. Məlum olub ki, əməliyyatçılar Sirac Kərimlini yox, onun müsavatçı qardaşı Fərəc Kərimlini həbs etməliymişlər. Sonradan Fərəc Kərimli də həbs olunub. Müdafiə tərəfi vəsatətlər qaldırsa da, məhkəmə heyəti məsələnin araşdırmasına şərait yaratmayıb.

Bu ərəfədə Monitorinq Qrupunun və İnsan Hüquqları üzrə Birgə Qrupun üzvləri yaxın günlərdə əfv fərmanının imzalanacağı xəbərini yayırlar. Ancaq nədənsə baş verənlərə reaksiya sükutla müşahidə olunur.

Hər iki qrupun təmsilçisi Arzu Abdullayeva Meydan TV-yə bildirib ki, İnsan Hüquqları üzrə Birgə Qrup çoxsaylı təşkilatlardan biri olsa da, formatı fərqlidir: “Ancaq mən İnsan Hüquqları üzrə Birgə Qrupun yox, öz adımdan danışa bilərəm. Təəssüf ki, qrupun birgə işi səngiyir, çünki indiyə qədər 2 dəfə toplanıb. Düzdür, qrupa daxil olan hüquq müdafiəçiləri ayrıca görüşüb Əfv Komissiyasına müraciət ediblər. Bundan əlavə, hüquq müdafiəçiləri DİN, Baş Prokurorluq, Ədliyyə Nazirliyinin rəhbər şəxsləri ilə görüşüb, müzakirələr aparıb, nəticə əldə etməyə çalışırlar. Amma nəticə məni qane etmir. Bəli, hanısa məsələlərdə insanlara fərdi şəkildə kömək etmək olur, söhbət işgəncələr, ədalətsiz məhkəmələrdən gedir”.

Arzu Abdullayeva hazırda ölkədə insan haqlarının durumunu “çox pis, ümidsiz, əlacsız” – deyə adlandırdı. Hüquq müdafiəçisi hesab edir ki, nəinki sadə adamlar, artıq hakimiyyətlə xalq arasında vasitəçi rol oynayan vətəndaş cəmiyyəti ölü vəziyyətindədir. Nədənsə, vətəndaş cəmiyyətinin çökdürülməsinə çalışılır. Bu gedişat hökumətə heç bir xeyir verə bilməz. Əslində, normal ölkələrdə vətəndaş cəmiyyətinin fəalları bir çox problemlərin həllində vasitəçi olurlar.

O, İnsan Hüquqları üzrə Birgə Qrupunun rəhbərliyi qarşısında sadaladıqılarını qaldırdığını dedi: “Hər iki toplantıda bu barədə danışılıb. Reaksiyalara gəlincə, Fuad Ələsgərov da, Səməd Seyidov da deyiblər ki, müvafiq orqanlara müraciətlər göndərin, məsələ araşdırılsın. İstək olursa, hansısa məsələlərə baxılır”.

Arzu Abdullayeva gözlənilən əfv fərmanı ilə bağlı dövlət başçısına müraciət etdiklərini bildirdi: “Mən yalnız ümid edirəm. Bizim rolumuz ondan ibarətdir ki, mövcud durumu yada salaq”.

Ana səhifəXəbərlər“Ölkədə insan haqlarının durumu çox ümidsiz, əlacsızdır”