manat-dollar

Mənbə: meydan tv

Başlıq: manat-dollar

Ölkədə dollar satışı artıb

Natiq Cəfərli: “Məktəb mövsümünə hazırlıq üçün ölkədən yüzmilyonlarla dollar çıxır”

Dövlət Neft Fondu (ARDNF) 2019-cu ilin avqust ayı ərzində 815,4 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. Bu barədə Fondun yaydığı məlumatda bildirilir.

İyulda isə 434,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

ReAL idarə heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli hələ bir neçə həftə öncə bildirmişdi ki, avqustda ölkədə dollar satışı kəskin artacaq:

“Nəhayət, rəsmi məlumat da bunu təsdiq edir Bir ay ərzində 815,4 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Cari ilin iyul ayı ilə müqayisədə Fond tərəfindən avqustda satılan dolların həcmi 87,5 faiz artıb”.

İqtisadçı artımın 2 səbəbi olduğunu deyir. Bunlardan biri avqustun məzuniyyətlər ayı olmasıdır ki, azərbaycanlıların xaricə səfərləri artır. Nəticədə, ölkədən dollar (valyuta) çıxarmasında artım baş verir. Yəni, ölkəyə gələn turistlərin xərclədiyi dollar qədər Azərbaycan vətəndaşları da xaricə dollar aparıb xərcləyirlər. İkinc səbəb isə məktəb mövsümünün yaxınlaşmasıdır:

“Məmləkəti o günə qoyublar ki, məktəb (universitet) mövsümü yaxınlaşanda məktəbli qələmindən-dəftərindən tutmuş tələbə corabına qədər hər şey xaricdən gətirilir. Ölkədə normal iqtisadi sistem qurulmayıb ki, bu sahələrdə yerli istehsal mümkün olsun. Ona görə də, məktəb mövsümünə hazırlıq üçün ölkədən yüzmilyonlarla dollar çıxır, əvəzinə dəftər-qələb, corab alınıb gətirilir”.

Natiq Cəfərli

Natiq Cəfərli

Mənbə: meydan.tv

Natiq Cəfərli deyir ki, Azərbaycan hələ də neft satıb qələm, şalvar alır:

“Nefti satıb kompüter almağımızı yenə anlamaq olur. Biz o qədər geri qalmışıq ki, yaxın illərdə kompüter istehsal edə bilməyəcəyik, amma hay-küylə, camaata min bir əziyyət verməklə pambıq əkib, onu xammal kimi ucuz satıb, həmin xammaldan hazırlanan geyimi 5 qat baha almağımız adamı lap yandırır. Corab, göynək, şalvar, dəftər qələm, pozan istehsalı o qədərmi çətindir ki, bu sahələri belə inkişaf etdirə bilmirik?”

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/zrkv0q

Ən çox baxılan