”Ölkədə dini vəsaitlərlə bağlı əsas problemlər mövcud qanunvericilikdən doğur”

Demokratik Təşəbbüslər İnstitutu ifadə azadlığı ilə bağlı sənəd yayıb

Source:


Demokratik Təşəbbüslər İnstitutu ifadə azadlığı ilə bağlı sənəd yayıb

Demokratik Təşəbbüslər İnstitutu (IDI) vicdan və ifadə azadlığı ilə bağlı araşdırma sənədi yayıb.

Araşdırmalar bu sahədə mövcud olan problemlərin həlli istiqamətində tövsiyə xarakterlidir.

İnstitutdan Meydan TV-yə daxil olan məlumata əsasən, sənəddə dini vəsaitlərlə bağlı ölkədə olan ümumi vəziyyət, mövcud problemlər, problemlərin aradan qaldırılması üçün beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən səylər, o cümlədən qəbul olunmuş beynəlxalq normalar haqqında məlumatlar verilib.

Araşdırma nəticəsində məlum olub ki, vicdan və ifadə azadlığı ilə bağlı dövlət üzərinə öhdəliklər qoyan çoxsaylı beynəlxalq normalara baxmayaraq, bu azadlıqların əhatə dairəsinə düşən dini vəsaitlərlə əlaqədar ciddi problemlər mövcuddur:

“Həmçinin qanunvericiliyin analizinə də diqqət yetirilib və analiz aparılarkən qanunvericilik səviyyəsində və qanunaltı normalar səviyyəsində dini vəsaitlərlə bağlı qanunvericilik, bu qanunların tətbiq edildiyi zaman yaranan problemlər və onları doğuran səbəblər təhlil edilib. Bu problemlərin aradan qaldırılması üçün müvafiq tövsiyələr hazırlanıb. Qanunvericilik analiz olunarkən, qanunvericilikdə olan boşluqlar, ziddiyyətlər göstərilir, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq normalarla müqayisə aparılır və bu normaların adları sadalanır. Milli normalar analiz olunarkən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında 1950-ci il Avropa Konvensiyasının vicdan azalığına (9-cu maddə) və ifadə azadlığına (10.-cu maddə) dair müddəalarında əks olunmuş prinsip və standartlar əsas götürülüb”.

Eyni zamanda, sənəddə müvafiq qanunvericilik aktları, xüsusən də “Dini etiqad azadlığı haqqında” Qanun və onun tətbiqi məqsədilə qəbul olunmuş digər normativ hüquqi aktlar bir çox hallarda ölkə Konstitusiyası və ölkənin tərəfdar çıxdığı müvafiq beynəlxalq normalarla uyğun gəlmir, bu isə öz növbəsində insan haqlarının pozulması ilə nəticələnir:

“Monitorinqlərin nəticəsində bəlli olub ki, ölkədə dini vəsaitlərlə bağlı əsas problemlər mövcud qanunvericilikdən doğur:

“Dini vəsaitlərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə, müəyyən düzəlişlərin edilməsinə, boşluqların doldurulmasına ciddi ehtiyac var”.

Sənəd hazırlanarkən yerli və beynəlxalq hesabatlara istinad edilib.

Ana səhifəXəbərlər”Ölkədə dini vəsaitlərlə bağlı əsas problemlər mövcud qanunvericilikdən doğur”