Bu ilin birinci rübündə ölkədə muzdla işləyənlərin sayı 9,1 min nəfərə enib
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci rübündə ölkədə 30 mindən çox iş yeri yaradılıb. Bunun 25 mini daimidir. 2014-cü ilin ilk üç ayında da təxminən oxşar rəqəmlər açıqlanıb.
Yeni iş yerlərinin əsas hissəsi (79,2%) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. Belə vergiödəyiciləri üçün identifikasiya nömrəsi almaq bir neçə dəqiqə vaxt aparır. DSK-nın məlumatına görə, yeni iş yerlərinin 11,2%-i yeni yaradılmış müəssisələrdə, 9,1%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda açılıb. Yeni iş yerlərinin 22,3%-i dövlət sektorunda, 68,6%-i ölkə regionlarında yaradılıb.
Məlumata görə, bu ilin birinci rübündə ölkədə muzdla işləyənlərin sayı 9,1 min nəfərə enib.
Hökumət Azərbaycanda işsizliyin 5 faiz səviyyədə olduğunu bildirir. Azərbaycanda işsizlərin rəsmi statusu bu ili mayın 1-nə olan məlumata görə, 29 150 nəfərdir.
Regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramı çərçivəsində 2014-cü il yanvarın 1-dən 157,5 min yeni iş yeri yaradılıb ki, bunun da 130 mini daimidir. Müstəqil ekspertlə bu rəqəmləri təbliğat adlandırırlar və hesab edirlər ki, ölkədə işsizliyin səviyyəsi ikirəqəmli ədədlə ölçülür. (“Turan” İA)