Ölkə ərazisində ən çox qar Naxçıvana yağıb

Bakıdan Naxçıvana yola düşməli olan sərnişin avtobusu təxirə salınıb

Source:

Bakıdan Naxçıvana yola düşməli olan sərnişin avtobusu təxirə salınıb

ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin

APA

-ya verdiyi xəbərə görə, yanvarın 8-i gündüz və 9-u səhər ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv və güclü olub.

Qar örtüyünün hündürülüyü Bakıda və Abşeron yarımadasında 12 sm, Böyük Qafqazda 40 sm, Kiçik Qafqazda 9 sm, Lənkəran-Astara zonasında 26 sm, Mərkəzi Aran rayonlarında 8 sm, Naxçıvan Muxtar Respublikasında isə 38 sm olub.



APA

-Economics”in AzərTAc-a istinadən verdiyi məlumata görə, Bakıdan Naxçıvana gedən marşrut İranda dağlıq ərazilərdən keçir. Hava şəraiti ilə bağlı həmin ərazilərdən keçən yollar avtomobillərin hərəkəti üçün təhlükəlidir. Buna görə də reysin təxirə salınması barədə qərar qəbul edilib.

Bu barədə Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev məlumat verib.

M. Abdullayev bildirib ki, ümumiyyətlə, son günlərdə Beynəlxalq Avtovağzal Kompleksində sərnişin azlığı müşahidə olunur. Bölgələrdən və beynəlxalq istiqamətlərdən gələn avtobuslar əlverişsiz hava şəraitinə görə asta hərəkət edirlər.

“Hava şəraiti ilə əlaqədar olaraq sürücülərimiz Şamaxı-Ağsu, İsmayıllı-Qəbələ avtomobil yolundan istifadə etmirlər. Hələlik hansısa ciddi problem yaşanmayıb”, – deyə M.Abdullayev qeyd edib.

Ana səhifəXəbərlərÖlkə ərazisində ən çox qar Naxçıvana yağıb