Olimpiya Stadionunu tikən fəhlələr aksiya keçirdi (VİDEO)

Bakıda keçiriləcək I Avropa Oyunları üçün inşa edilən Bakı Olimpiya stadionunun tikintisində çalışan fəhlələr aksiya keçiriblər. Belə ki, dekabrın 30-da saat 21:20 radələrində təxminən 30-40 fəhlə qeyd olunan stadionun yaxınlığından keçən yolu kəsərək etiraz aksiyası keçiriblər. Onların etiraz etməsinə səbəb əməkhaqlarının verilməməsidir. Fəhlələr bildiriblər ki, 6 aydır əməkhaqları verilmir və buna görə də son olaraq belə aksiyaya əl atıblar. Aksiya zamanı sürücülərlə aksiyaçılar arasında mübahisə olub. Aksiya təxminən 20-30 dəqiqə çəkib. Sürücülərin etirazından sonra fəhlələr yoldan kənara çəkiliblər. Hadisə yerində həvəskar çəkliş aparan vətəndaşlar çəkdiyi videonu Meydan TV-yə təqdim ediblər.

Ana səhifəVideoOlimpiya Stadionunu tikən fəhlələr aksiya keçirdi (VİDEO)