Olimpiya oyunları toylara qadağa qoydu

İyunun 12-dən 28-dək toy mərasimi sifariş qəbul etməmək barədə xəbərdarlıq olunub

Source:


İyunun 12-dən 28-dək toy mərasimi sifariş qəbul etməmək barədə xəbərdarlıq olunub

Avropa Yay Oyunları günlərində Bakıda toy keçirilməyəcək. Sportinfo.az saytının məlumatına görə, paytaxtda tıxacların aradan qaldırılması, şəhərdə sıxlığın qarşısının alınması üçün yarış günlərində toy təşkilinə icazə verilməyəcək. Şadlıq saraylarına iyunun 12-dən 28-dək toy mərasimi sifariş qəbul etməmək barədə xəbərdarlıq olunub. Yarışmanın başa çatmasından bir neçə gün sonra isə Ramazan ayı daxil olacaq.

ATV telekanalına açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov da xəbəri təsdiqləyib. Polkovnik bu addımın Olimpiya Oyunları günlərində yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün atıldığını vurğulayıb.

Ana səhifəXəbərlərOlimpiya oyunları toylara qadağa qoydu