Olimpiya çempionu haqda cinayət işi açılıb

Lyudmila Şubina ölümlə nəticələnən qəza törədib

Source:
Lyudmila Şubina foto APA


Lyudmila Şubina ölümlə nəticələnən qəza törədib

Həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina barəsində cinayət işi açılıb.

Səbəb L.Şubinanın iyulun 20-də Yasamal rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsidir.

Faktla bağlı Yasamal rayon Polis idarəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb, ekspertiza təyin edilib.

APA yazır ki, L.Şubina barəsində hansı qərarın veriləcəyi ekspertiza rəyindən sonra məlum olacaq.

İyulun 20-də Yasamal rayonunun Füzuli küçəsində 90 RR 445 dövlət qeydiyyat nişanlı “Honda CR-V” markalı avtomobili idarə edən 1948-ci il təvəllüdlü Şubina Lyudmila Yeqorovna idarəetməni itirərək yolu keçmək istəyən 1988-ci il təvəllüdlü Məmmədova Ülkər Dilqəm qızı və onun oğlu 2014-cü il təvəllüdlü Məmmədov Hüseyn Nicat oğlunu vurub. Xəsarət alan hər iki şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Ü. Məmmədova bir neçə gündən sonra xəstəxanada ölüb, oğlu isə evə buraxılıb.

Lyudmila Şubina XXI Yay Olimpiya Oyunlarında həndbol üzrə çempionu olub.

Ana səhifəXəbərlərOlimpiya çempionu haqda cinayət işi açılıb