Olimpin fəthi

Bu təmayül müəyyən dərəcədə Mehriban Əliyevanın statusunun bir qədər də yüksələcəyi və onun 2018-ci il prezident seçkilərində həyat yoldaşı İlham Əliyevlə birlikdə və hətta onun rəqibi olaraq iştirak edəcəyi barədə nəticə çıxarmağa imkan verir

Source:


Bu təmayül müəyyən dərəcədə Mehriban Əliyevanın statusunun bir qədər də yüksələcəyi və onun 2018-ci il prezident seçkilərində həyat yoldaşı İlham Əliyevlə birlikdə və hətta onun rəqibi olaraq iştirak edəcəyi barədə nəticə çıxarmağa imkan verir

Təkcə mövsüm olaraq deyil, həm də siyasi cəhətdən mülayim keçən sentyabr ayının ən mühüm hadisəsi, yəqin ki, Birinci xanım Mehriban Əliyevanın növbəti beynəlxalq səviyyəli idman tədbirinin – 4-cü İslam Həmrəylik Oyunlarının təşkilat komitəsinin sədri təyin edilməsi oldu.

Bu təyinat bu ilin iyununda onun rəhbərliyi ilə keçirilən və azərbaycanlılarda ikili təəssürat – qələbələrə görə qürur və milyardlarla xərclərə görə məyusluq hissi buraxan cah-cəlallı Birinci Avropa Oyunlarından, demək olar ki, dərhal sonra baş verdi.

Prezident İlham Əliyev həyat yoldaşının yeni səlahiyyətlərini sentyabrın 18-də – rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası noyabrın 1-də keçiriləcək parlament seçkilərində deputatlığa namizədlərinin siyahısını açıqladıqdan, demək olar ki, dərhal sonra elan edib. Namizədlər siyahısında Mehriban Əliyeva da fəxri yer tutur.

Birinci xanım parlamentə üçüncü dəfədir ki, namizədlik irəli sürür, hər dəfə hakimiyyətin qanunvericilik sistemində “ailənin” tərəfdarları dairəsini daha da möhkəmləndirir, Milli Məclisin divarları arasında kənardan görünməyən fəallığına baxmayaraq, onun şəxsi nüfuzu getdikcə daha çox hiss olunur. O, dövlət başçısının həyat yoldaşı, Heydər Əliyev adına Fondun sədri, Azərbaycanda müxtəlif beynəlxalq tədbirlərin daimi rəhbəri, Yelisey sarayında və Vatikanda qəbul edilən xoşməramlı səfirdir.

Heç kim üçün sirr deyil ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçilərinin olmadığı bir şəraitdə parlament seçkilərinin nəticələri əvvəlcədən müəyyən edilib və parlament Prezident Administrasiyasında planlaşdırılmış formada asanlıqla formalaşır. Bu da prezident çətəsinin ölkə daxilindəki siyasi-iqtisadi təsirini gücləndirməyə imkan verəcək.

Bu təmayül müəyyən dərəcədə Mehriban Əliyevanın statusunun bir qədər də yüksələcəyi və onun 2018-ci il prezident seçkilərində həyat yoldaşı İlham Əliyevlə birlikdə və hətta onun rəqibi olaraq iştirak edəcəyi barədə nəticə çıxarmağa imkan verir. 2013-cü il prezident seçkilərindən əvvəlki hadisələr hələ yaddan çıxmayıb, həmin vaxt az tanınan “Demokratik Azərbaycan Dünyası” (DAD” partiyası iyunun 15-də prezidentliyə namizədini açıqlayır. Bu bəyanat Yeni Azərbaycan Partiyasının hazırki prezident İlham Əliyevi öz namizədi kimi irəli sürməsindən bir həftə sonra səslənir. Bir-birinin ardınca gələn hadisələrin bütün intriqası ABŞ və digərləri İ.Əliyevin üçüncü müddət üçün namizədliyinin irəli sürülməsi məsələsini qaldırdıqda daha da böyüdü. İyulda – Əliyevin üçüncü müddət  üçün seçilməsi haqqında qərar artıq şübhə doğurmadığı, Demokratik Qüvvələrin Milli Şurasından olan əsas rəqiblərinin isə artıq əhəmiyyətli rəqabət yaratmadığı bir vaxtda DAD öz ideyasından əl çəkdi.

Cəmiyyət üzərində hərtərəfli dövlət nəzarətinin olduğu və vətəndaş institutlarının zəiflədiyi hazırki mühitdə İ.Əliyevin prezidentlik zirvəsini dördüncü dəfə fəth etməsinə mane ola biləcək çox az şey var. Amma dördüncü cəhd də ən az üçüncü qədər geniş beynəlxalq qınağa səbəb olar, xüsusən İ.Əliyevin xarici siyasi mübarizədə əsas vasitəsi olan neft erasının başa çatması ilə səciyyələnən ölkə üçün xoşagəlməz iqtisadi şəraitdə.

Belə olan şəraitdə Mehriban Əliyevanın birinci plana çıxması həm zərurət, həm də reallıq ola bilər. Üçüncü, hələ də dördüncü dövrü siyasi cəhətdən yanlış qiymətləndirən Qərb Putin-Medvedev üslubunda demokratik yerdəyişmədən müəyyən dərəcədə məmnun qalır, İ.Əliyev isə növbəti hadisələr və proseslər üzərində təsirini qoruyub saxlayaraq, dövlət başçısı statusunda oturuşan öz məsləkdaşına və silahdaşına dayaq verir. Təsirin qorunub saxlanması üçün ən məqbul imkan parlamentdə və icra hakimiyyətində çoxluq, həmçinin maliyyə resurslarından və nüfuzlu beynəlxalq resurslardan istifadə vasitəsilə dövlət idarəetməsində İ.Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının güclənməsi ola bilər.

Şübhəsiz, belə şəraitdə Birinci xanımın prezidentlik fəthini beynəlxalq energetika, parlament və olimpiya tədbirlərindən yüksələn həyat yoldaşının sınadığı yolu keçmək şansı var.

Ana səhifəXəbərlərOlimpin fəthi