Ölən körpələrin atası: Generator baş həkimin otağında idi

İyunun 20-də Salyan Rayon Mərkəzi Xəstəxanasında dünyaya göz açan üçəmlərdən

ikisinin ölümü cəmiyyətdə birmənalı qarşılanmayıb

. Ailə üzvlərinin sözlərinə görə, doğuş normal həyata keçirilib və ana üç oğlan uşağı dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstaxananın elektrik enerjisi kəsilib və küvəzdəki körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır.


Səhiyyə Nazirliyi isə bildirir ki

, hər iki körpənin ölümünə elektrik enerjisinin kəsilməsi səbəb olmayıb. Bu uşaqlar gecə saat 12-yə işləmiş anadan olublar, elektrik kəsilməsi ondan iki saat sonra baş verib. Körpələrin ölümünə səbəb çəki azlığı olub.

İqtisadçı Natiq Cəfərli bildirir ki, son 12 ildə xəstəxanaların tikilməsinə 500 milyona yaxın, enerji infrastrukturuna 4 milyardan çox vəsait ayrılıb. Bu səbəbdən də xəstəxanalarda generatorlar olmalıdır.

Körpələrdən sağ qalanı Səhiyyə Nazirliyinin Elmi Tədqiqat İnistitutuna yerləşdirilib. İnistitutun direktorunun dediyinə görə, körpə artıq süni nəfəs aparatından ayrılaraq özü nəfəs almağa başlayıb. Onun sipap rejimində müalicəsi davam etdirilir.

İki körpəsini itirən ata deyir ki, həkimlər cəzalanana kimi bu işdən əl çəkməyəcək.

Fakta bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizaları təyin edilib.

Ana səhifəVideoÖlən körpələrin atası: Generator baş həkimin otağında idi