Öldüyü deyilən ukraynalı jurnalist sağ imiş

Arkadi Babçenko xüsusi xidmət orqanları ilə əməliyyat keçirdiklərini açıqlayıb

Source:

Arkadi Babçenko xüsusi xidmət orqanları ilə əməliyyat keçirdiklərini açıqlayıb

Ukrayna Təhlükəsizlik Xidməti mayın 30-da öldürüldüyü deyilən rusiyalı jurnalist Arkadi Babçenkonun sağ olduğunu və bütün bunların xüsusi xidmət orqanlarının əməliyyatı olduğunu bəyan edib.

Bildirilib ki, jurnalistə qarşı sui-qəsdin olacağı məlum idi və bunun qarşısını almaq üçün xüsusi əməliyyat keçirilib.

Jurnalistlər qarşısına çıxan A.Babçenko deyib ki, sui-qəsd haqqında məlumat 2 ay bundan əvvəl məlum olub və əks əməliyyat hazırlanıb.

“Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşlarına minnətdaram. Bütün bu zaman ərzində peşıkarlıq nümayiş etdirdilər və məni öldürmək istəyən şəxs həbs edildi”.

A.Babçenko rəsmi Moskvanın və prezident Vladimir Putinin siyasətini kəskin tənqid edən jurnalist kimi tanınır. Mayın 30-da onun öldürüldüyü ilə bağlı məlumat

yayılmışdı

.

Ana səhifəXəbərlərÖldüyü deyilən ukraynalı jurnalist sağ imiş